“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin milli komandasına dəvət alıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu yığmanın heyətində dünya çempionatının seçmə mərhələsi oyunlarında iştirak edə bilər. Fələstin millisi noyabrın 16-da BƏƏ-də Livan, ayın 21-də isə Küveytdə Avstraliya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, Caber Fələstin milli komandasının heyətində 4 oyun keçirib.
saytlarin hazirlanmasi