Neftçi” və “Zenit” (Sankt-Peterburq, Rusiya) klubları arasında noyabrın 18-i saat 21:00-da “Neftçi Arena”da keçiriləcək yoldaşlıq oyunu ilə bağlı mətbuat konfransı təşkil olunacaq.
Sportal.az xəbər verir ki, noyabrın 15-i saat 12:00-dan etibarən eyni məkanda baş tutacaq tədbirdə rusiyalı futbolçu Reziuan Mirzov media nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, bu ilin sentyabrında transfer olunan yarımmüdafiəçi Rusiyanın “Spartak-Nalçik” (2012-2013), “Spartak” (Kostroma, 2013), “Zvezda” (Ryazan, 2013), “Torpedo” (Moskva, 2014-2015), “Terek” (2015-2017), “Rostov” (2017-2019), “Tosno” (2017-2018), “Arsenal” (Tula, 2018-2019), “Spartak” (Moskva, 2019-2022) və “Ximki” (2020-2023) klublarında çıxış edib. 2017/18 mövsümündə “Tosno” ilə Rusiya kubokunun qalibi olan Mirzov 2018/19 mövsümündə ölkə çempionatının 33 ən yaxşı futbolçusu siyahısına düşüb.
saytlarin hazirlanmasi