Karyerasını baş vurduğunu açıqlayan Ruslan Abışov üçün vida matçı təşkil olunacaq.
Sportal.az xəbər verir ki, 36 yaşlı müdafiəçinin vidası "Neftçi" ilə "Zenit" arasında baş tutacaq yoldaşlıq görüşünə təsadüf edəcək. Bu barədə "Ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
"Neftçi" - "Zenit" qarşılaşması 18 noyabr tarixində saat 21:00-da "Neftçi Arena"da keçiriləcək.
Qeyd edək ki, Ruslan Abışov "Neftçi"nin yetirməsidir. Millimizin sabiq üzvü 2006-2012 və 2017-2019-cu illərdə paytaxt təmsilçisinin əsas komandasına çıxış edib.
saytlarin hazirlanmasi