"Neftçi" Rusiyanın "Spartak" klubu ilə yoldaşlıq oyunu keçirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin icraçı direktoru Oleq Maleşin yerli mətbuata müsahibəsində məlumat verib.
Qarşılaşmanın Bakıda baş tutacağı gözlənilir. Klub rəsmisi matçın dəqiq tarixi barədə məlumat verməyib.
"Neftçi" yayda Moskvada "Spartak"la yoldaşlıq görüşü (0:2) keçirmişdi. Həmin zaman klublar arasında əməkdaşlıq müqaviləsi imzalanmışdı.
saytlarin hazirlanmasi