“Neftçi”nin qapıçısı Emil Balayev yenidən əməliyyat olunacaq.
Sportal.az xəbər verir ki, 29 yaşlı qolkiperin qırılmış axil vətərinə görə cərrahi müdaxiləyə ehtiyacı var.
Bir müddətdir zədəli olan futbolçulardan Filip Ozobiç komanda ilə məşqlərə start verib, digər qapıçı İvan Brkiç isə fərdi şəkildə hazırlığı davam etdirir.
Qeyd edək ki, “Neftçi” Premyer Liqanın 15-ci turunda “Zirə”ni qəbul edəcək.
saytlarin hazirlanmasi