"Neftçi" qış fasiləsində güclənəcək - 2 mövqeyə futbolçu axtarırlar

12:55 - 11 Dekabr 2023

Ardıcıl qələbələr hesabına turnir cədvəlində 3-cü pilləyə yüksələn "Neftçi" qış fasiləsində 2 transfer etmək niyyətindədir.

Sportal.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Adrian Mutu sərəncamında bir mərkəz hücumçusu və sağ cinah vingeri görmək istəyir. Artıq klubun skautları bu istiqamətdə axtarışlara başlayıblar.

Hazırkı heyətdə 4 hücumçu olsa da, rumın məşqçinin istəyi anlaşılandı. Çünki "Neftçi"nin hücum xəttində çıxış eləyən futbolçuların məhsuldarlığı çox aşağıdır.

Xəbər xətti