"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır

18:58 - 15 Dekabr 2023

“Neftçi” Misli Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir.

Sportal.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, dekabrın 18-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Neftçi” qarşılaşması “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti