"Neftçi" Türkiyəyə gedəcək

10:36 - 23 Dekabr 2023

“Neftçi” qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Ağ-qaralar"ın hazırlığı Antalya şəhərindəki Belek bölgəsində təşkil olunacaq.

Komanda yanvarın 4-dən 14-dək davam edəcək toplanışda 2 yoxlama matçı keçirəcək. Oyunların təqvimi və rəqiblər hələlik bəlli deyil.

Xəbər xətti