Mutunun gəlişi nə qədər gözlənilməz olmuşdusa, gedişi də buna bənzər şəkildə baş verdi. Bir-iki günün içində çıxardılar da, yerinə adam tapdılar da.
İndi "Neftçi"də yeni dönəm başlayır. Ölkənin ən köklü klubu bundan sonra Miodraq Bojoviçə əmanət. Təyinatın məhz indi, gecikmədən gerçəkləşdirilməsi monteneqrolu mütəxəssisin işini asanlaşdıracaq. Onun qış hazırlıq planını istədiyi kimi hazırlaması, labüd transferlərin edilməsi üçün lazımı qədər zamanı olacaq.
Lakin müqavilənin detallarından belə anlaşılır ki, Bojoviçin "Neftçi"ni düzəltmək üçün yaya qədər vaxtı var. Əgər "Neftçi" mövsümü çempion və ya kubokun qalibi kimi başa vursa, onun müqaviləsi avtomatik daha bir il uzadılacaq. Bunlar olmasa, müqavilənin uzadılmasına dair qərar klub rəhbərliyinin ixtiyarına buraxılacaq.
saytlarin hazirlanmasi