Rza Cəfərov son matçlarda "Neftçi"nin qapısını qorumağa başlayıb. 20 yaşlı qolkiper Premyer Liqada 6, kubokda isə 1 qarşılaşmada meydana çıxıb.
"Neftçi"nin qapıçılarla işləyən sabiq məşqçisi Etibar Tarverdiyevlə əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən Etibar bəy Rzanın "ağ-qaralar"ın əsas komandasına necə cəlb olunması haqda danışdı. Onun sözlərinə görə, komandanın qapıçıları zədələndiyi üçün gənc qolkiperi məşqlərə cəlb edib:
"Mən "Neftçi"də işləyəndə qapıçılar zədələndi. Səlahət Ağayevin dirsəyində problem var idi, əməliyyat olunmalı idi. Məşqlərimiz pozulurdu. Həmin vaxt akademiyanın koordinatoru Mehman Alimov mənə bir uşaq haqda məlumat verdi. Dedi ki, "Sabah" klubuna keçəcək. Qapıçıya ehtiyacımız olduğu üçün Rza Cəfərovu əsas komandanın məşqlərinə çağırdım. Nizam-intizamı, davranışları yüksək səviyyədə idi. Həm də onda potensial gördüm.
Rəhbərlikəə danışdım, Rzanın bazada qalması təmin olundu. Bundan sonra onunla əlavə məşqlər etməyə başladım. Əfsuslar olsun ki, "Neftçi"də işimi yarımçıq buraxmalı oldum, komandadan getdim. Planlarım böyük idi, yarımçıq qaldı. Görünən odur ki, seçimimdə yanılmamışam. Rza artıq "Neftçi"də bir neçə oyunda əsas heyətdə meydana çıxıb və özünü yaxşı tərəfdən göstərməyi bacarıb".
Elçin Əlixan
saytlarin hazirlanmasi