“Neftçi”nin kapitanı Emin Mahmudov komandanın yeni baş məşqçisi Miodraq Bojoviç fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi monteneqrolu mütəxəssisi Rusiyada olduğu zamandan tanıdığını bildirib:
“Təbii ki, Bojoviçi Rusiyadan tanıyıram. O, “Dinamo”, “Lokomotiv” kimi böyük klublarda, eləcə də digər komandalarda işləyib. Ümid edirəm ki, onunla uğurlu nəticələr qazanacağıq. Bojoviçin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. İnşallah, onunla işləməyimiz uğurlu alınar. Rusiyada onun çalışdırdığı komandalara qarşı oynamışam deyə, orada tez-tez qarşılaşırdıq”.
saytlarin hazirlanmasi