"Neftçi"nin futbolçusu Reziuan Mirzov komandanın yeni baş məşqçisi Miodraq Bojoviçlə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 30 yaşlı vinger monteneqrolu mütəxəssislə birlikdə yaxşı nəticələr qazanacaqlarına ümid etdiyini bildirib:
“Miodraq Bojoviçin Rusiya Premyer Liqasının bir çox klublarında işlədiyini bilirik. O, haradasa 10 il müddətində “Dinamo”, “Lokomotiv”, “Rostov”, “Arsenal” (Tula) kimi komandaların baş məşqçisi olub və yaxşı nəticələr qazanıb. Baş məşqçimiz mənim çox yaxşı tanıdığım bir çox insanlarla birlikdə çalışıb. Həmin şəxslər həm insan, həm də məşqçi kimi Bojoviç haqda yalnız yaxşı fikirlər səsləndirirlər. Deyirlər ki, yaxşı oyun qurur, hücum futbolu oynadır, komanda daxilində müsbət ab-hava yaradır, yaxşı nəticələr göstərmək üçün səylə çalışır.
Mən şəxsən Miodraq Bojoviçlə işləməmişəm, amma bir-birimizi tanıyırıq, Rusiyada üz-üzə gələndə görüşüb söhbətləşirdik. O, Rusiya Premyer Liqasında işlədiyi dönəmdə mən də orada çıxış etmişəm. Düşünürəm ki, mənim güclü və zəif tərəflərimi, nəyə qadir olduğumu bilir. Çox şadam ki, komandamızı belə bir məşqçi çalışdıracaq. Ümid edirəm ki, onun rəhbərliyi altında hər şey istədiyimiz kimi alınacaq və turnir cədvəlində mümkün qədər çox irəliləyəcəyik".
saytlarin hazirlanmasi