"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə azarkeşləri və Azərbaycan Xalqını təbrik edib.
Sportal.az xəbər verir ki, monteneqrolu mütəxəssis klubun mətbuat xidmətinə verdiyi açıqlamada 2024-cü ilin “ağ-qaralar” üçün düşərli olacağına ümid etdiyini deyib:
“Bütün “Neftçi” azarkeşlərini və Azərbaycan xalqını Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Ümid edirəm ki, qarşıdan gələn 2024-cü il komandamız üçün uğurlu və düşərli olacaq. “Neftçi” Azərbaycanın ən böyük və tarixi klubudur. Bu ildə qarşıya qoyduğumuz hədəflərə birlikdə çatacağımıza inanıram. Bayramınız mübarək!”
saytlarin hazirlanmasi