"Neftçi" Albaniya klubu ilə üz-üzə gələcək

11:15 - 3 Yanvar 2024

"Neftçi"nin Türkiyənin Antalya şəhərində yoldaşlıq oyununda üz-üzə gələcəyi rəqiblərdən birinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq. Bu barədə "Lapsi.al" saytı məlumat yayıb.

Qarşılaşma 9 yanvar tarixində baş tutacaq.

Qeyd edək ki, "Neftçi"nin Antalya toplanışı yanvarın 14-nə kimi davam edəcək. "Ağ-qaralar" burada daha bir yoxlama oyunu keçirəcək.

Xəbər xətti