"Neftçi" "Erzurumspor"a uduzdu

20:04 - 6 Yanvar 2024

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama görüşünü keçirib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün Türkiyə I Liqasında mübarizə aparan "Erzurumspor"la qarşılaşıb. Matç "ağ-qaralar"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

"Neftçi"nin heyətində 10-cu dəqiqədə Rəhman Hacıyev fərqlənib.

Qeyd edək ki, "Neftçi" Türkiyədə daha bir hazırlıq oyunu keçirəcək. Rəqibin adı hələ bəlli deyil.

Xəbər xətti