"Sabah"ın sabiq futbolçusu, hazırda Ukraynanın "Şaxtyor" klubunda oynayan Aleksey Kaşuk Azərbaycanda qayıda bilər.
Sportal.az xəbər verir ki, 23 yaşlı vingerin xidmətində "Neftçi" maraqlıdır. Bu barədə Xorvatiyanın "Dalmatinskiportal" nəşri məlumat yayıb.
Bakı təmsilçisinin ukraynalı futbolçuya cəlbedici təklif göndərdiyi iddia olunur.
"Neftçi" ilə yanaşı, Xorvatiyanın "Hayduk" klubu da Kaşuku transfer etmək üçün mübarizə aparır.
Qeyd edək ki, Aleksey Kaşuk 2022-ci ilin mart ayından 2023-cü ilin iyununadək "Sabah"da çıxış edib. O, Masazır təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 18 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi