"Neftçi"nin hücumçusu Andre Şinyaşiki Sportal.az saytına müsahibə verib. Braziliyalı futbolçu 10 günlük Antalya təlim-məşq toplanışını dəyərləndirib:
- Son yoxlama görüşündə "Valdhof"a məğlub olduz. Matç haqda təəssüratların necədir?
- Oyun heç də istədiyimiz kimi olmadı. Bu, yoxlama matçı idi. Amma buna baxmayaraq, daha da yaxşı çıxış etməli idik. Artıq bu oyun geridə qaldı. Çalışacağıq ki, çempionatın qarşıdakı matçına köklənək.
- 10 günlük Antalya toplanışını necə dəyərləndirirsən?
- Ümumi olaraq hazırlığın yaxşı keçdiyini deyərdim. Toplanış pozitiv idi. Çalışmalıyıq ki, bu pozitivliyi Premyer Liqada göstərək.
- Yeni baş məşqçinin oyun sisteminə uyğunlaşma prosesi necə gedir?
- Normaldır. Əlbəttə biz hamımız peşəkar futbolçularıq. Buna görə maaş alırıq. Hər məşqçinin tələbləri nədirsə, tez bir zamanda ona uyğunlaşmalıyıq.
- İkinci yarıda fərqli Şinyaşiki görəcəyik?
- Bəli. Mənim də məqsədim elə budur.
- Qarşıda "Sabah"la matç var. Gözləntilərin nədir?
- Çətin oyun olacaq. Amma Bizim məqsədimiz hər matçda qələbə qazanmaqdır. 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Elçin Əlixan
saytlarin hazirlanmasi