"Neftçi" Rumıniya milli komandasının qapıçısı Horatiu Moldovanla maraqlanır.
Sportal.az xəbər verir ki, bu barədə "atleticosport.es" saytı məlumat yayıb. Azərbaycan təmsilçisindən başqa İspaniyanın "Atletiko" və "Betis" klubları da "Rapid"in qolkiperinin xidmətində maraqlıdır.
Horatiu Moldovanın Buxarest təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına kimidir. 26 yaşlı qapıçının sözləşməsində 800 min avroluq sərbəstqalma bəndi var.
Qeyd edək ki, "Rapid" Moldovanı 2021-ci ilin yanvar ayında "UTA Arad"dan transfer edib. Rumın "əlcək sahibi" bu mövsüm komandanın heyətində meydana çıxdığı 22 matçda qapısında 22 qol görüb. O, 10 qarşılaşmada çərçivəni toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi