“Neftçi” Azərbaycan futbolu tarixində daha bir ilkə imza atır.
Sportal.az xəbər verir ki, klub “Top səndə” layihəsini pilot çərçivədə həyata keçirəcək.
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində fevralın 9-da “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Sumqayıt” matçında komandamızın ilk qolunun müəllifinin rəqib qapısından keçirdiyi top qolu vuran futbolçumuz tərəfindən imzalanacaq və klubun stadionda yerləşən fan mağazasında satışa çıxarılacaq. Satışdan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.
saytlarin hazirlanmasi