“Neftçi”nin qadınlardan ibarət komandasına baş məşqçi təyin olunan Siyasət Əsgərov “CBC Sport” telekanalına açıqlama verib.
Sportal.az xəbər verir ki, 36 yaşlı mütəxəssis yeni klubu ilə qadın futbolunda ilklərə imza atacaqlarına inandığını bildirib:
“Düzünü desəm “Neftçi”yə təyinatım çox sürətli baş verdi. Çünki başqa təklifləri də düşünürdüm. Amma “Neftçi”dən təklif aldığımı eşidəndə çox şad oldum. Daha bir sevindirici hal odur ki, biz Azərbaycan milli komandası ilə ölkənin qadın futbolunda bir tarixi reallaşdırmışıq. Düşünürəm ki, biz milli komanda ilə inkişaf əldə etmişiksə, qadın futbol komandaları ilə də eyni uğuru təkrarlaya bilərik. “Neftçi” ilə müqavilə imzalamamışdan əvvəl klub rəhbərliyinin də qadın futbolu barədə gələcəyə yönümlü gözəl fikirləri məni cəlb etdi və mövsüm sonuna qədər müqavilə imzaladıq. Düşünürəm ki, “Neftçi” ilə qadın futbolunda ilklərə imza atacağıq.
saytlarin hazirlanmasi