Azərbaycan Premyer Liqasının 21-ci turunda “Sumqayıt”la keçiriləcək matçdan əvvəl "Neftçi"nin heyətində itkilər var.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın 4 futbolçusu səfər oyununda komandaya kömək edə bilməyəcək.
Qolkiper İvan Brkiç müalicə prosesini davam etdirir. Bir müddətdir zədəli olan Kilan Lebon hələ də fərdi olaraq hazırlaşır. Asiya Kobokunda milli komandası ilə çıxışını başa vuran Ataa Caber müalicə keçir. Ötən turda sarı vərəqə alaraq cəzalı duruma düşən Azər Salahlı isə bu matçı buraxmalı olacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması sabah saat 15:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu keçiriləcək.
saytlarin hazirlanmasi