"Neftçi" hücum xəttini yeni oyunçu ilə gücləndirə bilər.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Milan Pavkovla danışıq aparır. Bu barədə Serbiya mətbuatı məlumat yayıb.
29 yaşlı forvard Səudiyyə Ərəbistanının "Əl-Feyha" klubundan ayrılıb və hazırda azad agent statusundadır. Pavkov və "Nefçi" arasında danışıqların yekun mərhələdə olduğu və tezliklə razılıq əldə olunacağı bildirilir.
Qeyd edək ki, Milan Pavkov 2022-ci ilin yayında "Srvena Zvezda"dan "Əl-Feyha"ya keçmişdi. Serbiya millisinin sabiq üzvü bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi