"Neftçi" Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.
Bu qarşılaşmada meydan sahiblərinin hücumçusu Kasimir Ninqanın dublla yadda qalıb. 30 yaşlı forvard ilk qolu təkbətək mübarizədə, ikinci qolu isə cərimə meydançasının daxilindən ayağının içi ilə vurub.
Ninqanın vurduğu ikinci qolda rəqib qapıçı Rza Cəfərovun səhvi olub-olmadığını öyrənmək üçün "Neftçi"nin qapıçılarla işləyən sabiq məşqçisi Etibar Tarverdiyevlə əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən mütəxəssis qapıçının səhvindən çox Ninqanın ustalığını qeyd etdi:
"Epizodu dəqiqliklə görə bilmirəm. Onu deyə bilərəm ki, Rzanın mövqeyi düzgün idi. Zərbəyə gəldikdə isə, möhkəm deyildi, ancaq dəqiq idi. Rza düşünürdü ki, top kənara çıxacaq. Çünki, hərəkət etdi, sonra əlini arxaya qoydu. Yüz faiz tullanmadı. Ninqa zərbəni çox dəqiq vurmuşdu, onun ustalığını da qeyd etmək lazımdır. Zərbənin şiddəti zəif də olsa, dəqiqliyi var idi. Bir hücumçu cərimə meydançasının daxilində ayağının içi ilə qol vurursa, bu, onun ustalığından xəbər verir".
Elçin Əlixan
saytlarin hazirlanmasi