"Neftçi"nin legioneri Yuri Matias instaqram hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu komandasının avrokuboklara vəsiqə qazana bilməməsi barədə yazıb:
"Daha bir mövsüm sona çatdı! Təəssüf ki, biz Avropa Liqasına vəsiqə qazana bilmədik və buna görə bütün azarkeşlərdən üzr istəyirəm! Allaha şükürlər olsun ki, daha bir mövsüm zədəsiz keçdi! Başımı dik tutaraq irəliləyirəm və həmişə daha çox, daha yaxşısını etmək axtarışındayam!".
Qeyd edək ki, "Neftçi" Premyer Liqanin 36-cı turunda "Sabah"a 0:1 uduzaraq turnir cədvəlini 5-ci pillədə başa vurub və avrokuboklara yollana bilməyib.