“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bozoviç Rusiyaya qayıtmağa hazır olduğunu bildirib.
Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis "sport24.ru" saytına açıqlamasında bu barədə danışıb. Təcrübəli məşqçi hər yerdə işləməyə hazır olduğunu bildirib:
“Neftçi” ilə 1+1 sistemi ilə müqavilə bağlamışdım. Amma qarşıdakı mövsümdə işləmək barədə razılığa gəlmədiyimiz üçün komandadan ayrılıram. Çempionat bu yaxınlarda başa çatdı, indi ailəmlə Yunanıstanda tətildəyəm. Ona görə də tətildən sonra təkliflərə baxacam. İstənilən variantı nəzərdən keçirəcəyəm. Hər yerdə işləməyə hazıram. Rusiyaya da qayıda bilərəm”.
Qeyd edək ki, Miodraq Bojoviç 2023-cü ilin dekabr ayında "Neftçi"nin baş məşqçisi təyin olunmuşdu. Mövsüm başa çatdıqdan sonra onunla yollar ayrılıb. 55 yaşlı məşqçi daha əvvəl Rusiyada “Amkar”, “Moskva”, “Dinamo”, “Rostov”, “Lokomotiv”, “Arsenal” və “Krylia Sovetov” klublarında çalışıb.
saytlarin hazirlanmasi