Bu mövsüm daha bir futbolçu üçün sonuncu olub.
Sportal.az saytına verilən məlumata görə, "Qarabağ"ın kapitanı Maksim Medvedevlə yanaşı, uzun illər "Neftçi"nin qapısını qorumuş Aqil Məmmədov da karyerasını başa vurmaq qərarı alıb.
Aqil Məmmədov 2015-2016-cı illərdə "Neftçi"nin qapısını qoruyub, bundan sonra isə AZAL, “Qəbələ”də də çıxış edib. Amma o, sonradan “Neftçi”yə qayıdıb.
Azərbaycan millisinin də qapısını qorumuş Məmmədov xroniki zədələrə görə aktiv futbolçu karyerasını başa vurmaq qərarını verib.
saytlarin hazirlanmasi