“Neftçi” aparıcı futbolçularından olan Kilan Lebonla yeni müqavilə imzalamaq istəyir. Onun müqavilə müddəti iki illik artırıla bilər.
Sportal.az saytına verilən məlumata görə, hazırda tərəflər arasında danışıqlar davam etdirilir. Amma bu elə də asan olmayacaq. Məsələ burasındadır ki, Lebonun xidmətində Avropanın bir çox klubları maraqlıdır. Lakin Lebonun özünün də “Neftçi”də qalmaq istəyində olduğu bildirilir. Bu isə "Neftçi"nin istəyinin reallaşmasına kömək olacaq.
"Paris”, “Qazelle Ayaçço”, “Kretey”, “Beroe”, “Astana” klublarında oynamış Lebon 2023-cü il yanvarın 19-da “Neftçi”yə keçib. 26 yaşlı futbolçuya Azərbaycan Premyer Liqasında yarışan klublarından da təkliflər var. Yekun qərarın yaxın vaxtlarda veriləcəyi gözlənilir. Kilan Sen-Martin millisinin üzvüdür.
saytlarin hazirlanmasi