"Neftçi"nin baş məşqçi postuna 5 namizəd - 1-i yerli, 4-ü əcnəbi

14:54 - 8 İyun 2024

"Neftçi"nin yeni baş məşqçisinin adına yaxın günlərdə aydınlıq gələcək.

Sportal.az xəbər verir ki, Sportinfo.az aytı bu barədə paytaxt klubunun rəhbərliyinə yaxın mənbədən məlumat əldə edib.

Bildirilib ki, Miodraq Bojoviçi əvəzləməyə namizədlərin siyahısı artıq müəyyənləşdirilib. Bura 1 yerli, 4 əcnəbi mütəxəssis daxildir.

Müşahidə Şurasının üzvləri onlarla bağlı geniş fikir mübadiləsi aparmaqdadır. Hələlik əsasən 2 nəfərin üzərində dayanılıb.

Şuranın yeni, amma hələ rəsmi surətdə ictimaiyyətə təqdim olunmayan sədri Murad Heydərov bu prosesdə aktiv iştirak edir.

Bir neçə gün içində şuranın toplanması nəzərdə tutulub.

Xəbər xətti