"Neftçi"nin müdafiəçisini Premyer Liqanın iki klubu istəyir

18:34 - 11 İyun 2024

"Neftçi"nin futbolçusu Azər Salahlının yeni mövsümə başqa komandada başlayacağı gözlənilir.

Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın müdafiəçisi iki klubun maraq dairəsindədir.

"Araz-Naxçıvan" və “Sabah” klubları Salahlını heyətinə qatmaq niyyətindədir.

Onun hansı komandaya keçəcəyi yaxın günlərdə dəqiqləşəcək.

Xəbər xətti