Bolqarıstan mətbuatı ÇSKA (Sofiya) klubunun sabiq futbolçularının 2023/2024 mövsümündəki çıxışından danışarkən “Neftçi”nin kolumbiyalı hücumçusu Brayan Morenoya da toxunublar.
Sportal.az xəbər verir ki, “Topsport.bg” portalı Bakı klubunun forvardı ilə bağlı bunları deyib:
“Ötən mövsümdə ÇSKA-nın “qızıl ehtiyat”ına çevrilən və ehtiyat oyunçular skamyasından oyunlara 9 qol vuran Moreno yanvarın sonunda Əhməd Əhmədovun keçmiş komandası Bakının “Neftçi” klubu ilə müqavilə imzalamışdı. Debüt matçında “Qəbələ” ilə qələbə qazanan oyunun (3:1) son dəqiqələrində qol vurub. Kolumbiyalı ümumilikdə 15 liqa matçında iştirak edib, əksəriyyəti start heyətdə olmaqla, 4 qol vurub. O, ölkə kubokunda üç oyun keçirib, lakin komandası iki dəfə “Qarabağ”a (0:4, 1:4) uduzaraq finala çıxa bilməyib. “Neftçi” çempionatda beşinci pillədə qərarlaşıb və gələn mövsüm ÇSKA kimi avrokuboklarda iştirak etməyəcək”.
saytlarin hazirlanmasi