“Neftçi” yeni təyinata hazırlaşır. Fərrux Mahmudovun istefaya göndərilməsindən sonra boş qalan baş icraçı direktor postu türkiyəli mütəxəssisə tapşırılacaq.
Sportal.az "Futbolinfo"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bir zamanlar “Beşiktaş” klubunun rəhbərliyində yer almış Cenk Sümer tezliklə Bakı klubunun rəsmisi kimi təqdim olunmalıdır.
“Neftçi”nin türkiyəli idarəçiyə tapşırılacağını hələ ayın əvvəlində xəbər vermişdik. Klub rəhbərliyi məhz bu təyinatdan sonra baş məşqçi seçimini dəqiqləşdirməli, eləcə də heyəti gücləndirməlidir.
Burada maraqlı məqam Azərbaycan futbolu ilə “Beşiktaş” arasında əlaqələrin yüksələn xəttlə inkişafıdır. Rövşən Nəcəf “Neftçi”nin prezidenti olarkən İstanbul klubunun əfsanələrindən olan Sərgən Yalçını Bakıya gətirmiş, amma anlaşma əldə edilməmişdi. Bir neçə gün öncə milli komandamız “Beşiktaş”dan ayrılan Fernandu Santuşa tapşırıldı. Rövşən bəy hazırda AFFA prezidenti olsa da, rəhbərlik etdiyi SOCAR həm də bakılıların əsas sponsorudur. Bu səbəbdən Sümerin gəlişində Nəcəfin ətrafının rol oynadığı şübhə doğurmur.
saytlarin hazirlanmasi