U-21 yığmamızın sabiq üzvü Turan Vəlizadə “Neftçi”dən ayrılıb.
“Ağ-qaralar”ın əvəzedici heyətində başa çatan mövsümdə çempionluq yaşamış yarımmüdafiəçi yeni mövsümə Premyer Liqa klubunda başlayacaq.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi “Kəpəz”ə keçməyə hazırlaşır.
Gəncə klubu onu heyətinə cəlb etmək niyyətindədir. Artıq tərəflər arasında ilkin razılığın olduğu bildirilir.
Qeyd edək ki, 23 yaşlı futbolçu 2019-cu ildən "Neftçi"də çıxış edirdi. O, "Keşlə"(indiki "Şamaxı") və "Turan Tovuz" klublarında icarədə keçirib. O, U-17, U-19 və U-21 yığmamızda da oynayıb.
saytlarin hazirlanmasi