"Qəbələ" nigeriyalı yarımmüdafiəçi transfer etdi - RƏSMİ

13:15 - 16 Sentyabr 2024

Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı Oçe Oçoveçi ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ukrayna Premyer Liqa təmsilçisi “Krivbas”da çıxış edən 22 yaşlı yarımmüdafiəçi bir illik icarəyə götürülüb. Futbolçu karyerasına öz ölkəsinin “Platea Yunayted” komandasında başlayan Oçoveçi Portuqaliya klubu “Feirense”nin də formasını geyinib.


Xəbər xətti