"Turan Tovuz"un Kurban Berdiyevlə bağlı şikayəti təmin olunmadı

17:33 - 18 Aprel 2025

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz”un şikayıtinə baxıb.

Sportal.az xəbər verir ki, qurum Qərb bölgəsi təmsilçisinin baş məşqçi Kurban Berdiyev barəsində verilən qərardan şikayətini təmin etməyib:

1. “Turan Tovuz” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. 12 aprel 2025-ci il tarixdə Misli Premyer Liqasında XXX tur çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdiyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün baş məşqçinin 3 oyun şərti olmaqla 5 oyun cəzalanması, klubun 4000 AZN məbləğində cərimə olunması və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 43.4-cü və 32-ci maddələri) barədə AFFA İntizam Komitəsinin 16 aprel 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Xəbər xətti