"Bakı" futbolçuları Litva millisinə dəvət aldı

14:00 - 28 Avqust 2013

Oyunçular milli komandalarına kömək edəcək
 
Litva milli komandası Latviya və Lixtenşteynlə DÇ-2014 çərçivəsində qarşılaşacaq.
 
Sportal.az "Bakı"nın rəsmi saytına istinadən xəbər verir ki, litvalıların məşqçi heyəti komandanın iki futbolçusuna dəvət göndərib. Bunlar Mindauqas Kalonas və Deyvidas Çesnauskisdir. 
 
Qeyd edək ki, Latviya – Litva matçı 6 sentyabr, Litva – Lixtenşteyn oyunu isə 10 sentyabr tarixində baş tutacaq. 

Xəbər xətti