Qurban Qurbanov İcraiyyə Komitəsində?!

15:28 - 25 Fevral 2016

Martın 11-də bəlli olacaq

 

AFFA-nın İcraiyyə Komitəsinə daha bir namizədin adı bəlli olub.

 

Sportal.az xəbər verir ki,  “Qarabağ” rəhbərliyi baş məşqçisi Qurban Qurbanovun namizədliyini vermək fikrindədi.

 

44 yaşlı mütəxəssis böyük ehtimalla Peşəkar Futbol Liqasını (PFL) təmsil edəcək 4 klub nümayəndəsindən biri olacaq. Buna martın 11-də baş tutacaq AFFA-nın Hesabat-Seçki Konfransında aydınlıq gələcək.

 

Qurbanov klublar tərəfindən irəli sürülən 3-cü namizəddi. Onadək AZAL Rauf Əliyev, “Sumqayıt” Vaqif Sadıqovu İcraiyyə Komitəsində görmək istədiyini açıqlayıb.

 

Qeyd edək ki, komitənin hazırkı tərkibində PFL-i Vaqif Sadıqov (“Sumqayıt”), Kazbek Tuayev (AZAL), Hafiz Məmmədov (“Bakı”) və Rauf Əliyev (“Neftçi”) təmsil edir. (Apasport.az)

Xəbər xətti