"Xəzər Lənkəran" XXIII turlarda

18:38 - 25 Fevral 2016

12-ci matçı

 

“Xəzər Lənkəran” Premyer Liqanın XXIII turu çərçivəsində fevral ayının 27-də “Qəbələ” klubunun qonağı olacaq. 

 

Sportal.az xəbər verir ki, bu görüş “Xəzər Lənkəran”ın XXIII turlarda keçirəcəyi 12-ci qarşılaşma olacaq.

 

Komanda 2004-cü ildən bəri çempionatların XXIII turlarında 11-dəfə meydana çıxıb. Bu oyunların statistikasında 3-qalibiyyət və 4-məğlubiyət var, qalan 3-oyunda isə qalib müyyənləşməyib. “Xəzər Lənkəran” XXIII turlar çərçivəsində baş tutan qarşılaşmalarda rəqib qapılarına 18-top vurub öz qapısında isə cəmi 12-top buraxıb və ümumilikdə cəmi 13-xal toplayıb.

 

Cənub təmsilçisi son 5-mövsümün XXIII turlarında səfərdə oynayır və qələbəyə həsrətdir. Yeri gəlmişkən “Xəzər Lənkəran” ötən mövsümün XXIII turunda “Qəbələ” ilə görüşmüşdü. Səfərdə keçirilən bu qarşılaşmada komanda 1:3 hesabı ilə məğlub olmuşdu. (12cioyuncu.info)

Xəbər xətti