"Dənizlispor" Subotiçin transferini açıqladı

17:52 - 18 Sentyabr 2020

Türkiyənin "Dənizlispor" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Super Liqa təmsilçisi "Union Berlin"dən ayrılan Neven Subotiçi transfer edib. 31 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

 

Serbiyalı futbolçu "Maynts", "Borussiya" (Dortmund", "Köln" və "Sent-Etyen" kimi klublarda çıxış edib.

Xəbər xətti