"Liverpul"un futbolçusu "İnter"də - RƏSMİ

22:47 - 21 Avqust 2026

Kertis Cons “Liverpul”dan “İnter”ə keçib.

Sportal.az xəbər verir ki, Milan klubu 25 yaşlı yarımmüdafiəçinin transferini rəsmən açıqlayıb. Tərəflər 2031-ci ilə qədər müqavilə imzalayıblar. Daha əvvəl bildirilmişdi ki, “Liverpul” bu transferdən 32 milyon avro qazanacaq və bonuslar şəklində daha 4 milyon avro əldə edə bilər.

Qeyd edək ki, Cons ötən mövsüm İngiltərə Premyer Liqasında 34 matç keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər xətti