Nəriman "Qalatasaray"a qarşı oynadı, sarı vərəqə gördü - VİDEO

09:20 - 22 Avqust 2026

Türkiyə Super Liqasında 2-ci tura start verilib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi "Ərzurumspor" doğma meydanda son çempion "Qalatasaray"ı qəbul edib. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Nəriman da bu matçda iştirak edib. 22 yaşlı forvard 55-ci dəqiqədə meydana daxil olub. O, 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, keçirdiyi hər iki oyunda məğlub olan "Ərzurumspor" turnir cədvəlinin sonuncu pilləsində qqərarlaşıb.

"Ərzurumspor" - "Qalatasaray" 0:4
Qollar:
Rolaand Sallay, 12, Yunus Akgün, 20, Viktor Osimhen, 45, 80

Xəbər xətti