Rikardo Fernandeş: "Qarabağ"a qarşı layiqli mübarizə göstərdik"

11:17 - 23 Avqust 2026

"Bu, bizim tərəfimizdən çox mübarizə və özünəinam tələb edən bir oyun idi. Ölkənin ən güclü komandasına qarşı oynadıq və biz rəqibə layiqli mübarizə göstərdik. Mübarizədən qaçmırdıq. "Qarabağ"ın gücünü də hamı bilir. Təəssüf ki, uduzduq. Amma sona qədər mübarizə apardıq. Çempionatın bütün oyunlarda məhz belə davranmalıyıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Şamaxı"nın qapıçısı Rikardo Fernandeş deyib.

O, komandasının bu mövsüm əsas hədəfinin də sona qədər mübarizə aparmaq olduğunu bildirib: "Əvvəlki iki ildə olduğu kimi, məqsədimiz rəqabətədavamlı komanda olmaq, istər oyunda, istərsə də məşqdə olmaqdır. Çox çalışıb və kluba və azarkeşlərə mümkün olan ən yaxşı nəticəni vermək, məşqdən-məşqə və oyundan-oyuna ən yaxşısını etməyi düşünürük. Məqsəd kluba kömək etmək və klubu daha güclü etməkdir, vəssalam. Hər görüşdə də sona qədər mübarizə aparacağıq, bu, mütləqdir".

Fernandeşin fikrincə, növbəti turda qarşılaşacaqları "Turan Tovuz"la görüş çətin olacaq: "Çətin olacağını bilirik. Rəqibimiz böyük klubdur və çox keyfiyyətli kollektivdir. Amma biz oyunun hər saniyəsində mübarizə aparacağıq. Bunu düşünürük".

Mirbağırağa
 

Xəbər xətti