Azərbaycan millisinin üzvü "Rapid"ə qarşı nəyə görə oynamayıb? - səbəbi bəlli oldu

11:48 - 23 Avqust 2026

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Petrolul” doğma meydanda “Rapid”(Buxarest) qəbul edib. 

Sportal.az xəbər verir ki, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Cəlal bu matçda meydana çıxmayıb. Əldə etdiyimiz məlumata görə, Hüseynov yüngül zədə səbəbindən görüşün iştirak ərizəsinə daxil edilməyib. 

Klubun həkimləri müdafiəçiyə istirahət etməyi və bir oyunu buraxmağı məsləhət görüblər. Hüseynovun növbəti qarşılaşmada sıraya qayıtması gözlənilir.

Qeyd edək ki, bu nəticədən sonra “Petrolul” 9 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
 

Xəbər xətti