"Dinamo" klubu Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinə müraciət etdi - Abşeron Olimpiya Kompleksinin stadionuna görə

13:18 - 23 Avqust 2026

II Liqada mübarizə aparan "Dinamo" klubu uzun illərdir ki, Abşeron Olimpiya Kompleksində məskunlaşıb. Burada yalnız əsas heyət deyil, klubun bütün yaş qruplarından ibarət uşaq və gənclər komandaları da fəaliyyət göstərir.

Lakin ötən mövsüm AFFA-nın infrastruktur tələblərini qarşılamayan qurğudan oyunlar üçün yararlanmaq mümkün olmayıb. Sportal.az hazırkı vəziyyətlə bağlı "Dinamo" klubunun prezidenti Yaşar Seyidovdan açıqlama alıb:

"Abşeron Olimpiya Kompleksinin stadionunu müasir standartlara uyğunlaşdırmaq üçün ilk növbədə icarə məsələsini həll etməyə çalışırıq. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi artıq razılığını verib. Gənclər və İdman Nazirliyi də görüşmüşük, onlar da müsbət baxır bu məsələyə. İcarə müqaviləsinin şərtləri tam razılaşdırılandan sonra stadionda yenidənqurma işləri başlayacaq". 

Xəbər xətti