"Fənərbaxça"nın müdafiəçisi "Roma"ya keçir

13:30 - 23 Avqust 2026

"Fənərbaxça"nın müdafiəçisi Ceyden Ostervolda karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Roma" niderlandlı futbolçunu heyətinə qatacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. "Roma" 25 yaşlı mərkəz müdafiəçisini 18 milyon avroluq satınalma bəndi ilə icarəyə götürəcək.

Qeyd edək ki, "Fənərbaxça" Ceyden Ostervoldeni 2023-cü ilin yanvarında "Parma"dan 6 milyon avroya transfer edib. Niderland U-21 millisinin sabiq üzvü cari mövsümdə İstanbul təmsilçisinin heyətində 3 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti