"Sabah"ın Çempionlar Liqasının Liqa mərhələsində olması Azərbaycan futbolu üçün xeyirdi" - Ayxan Abbasov

13:35 - 23 Avqust 2026

Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" ilk matçda "Hapoel" (Beer Şeva) klubuna 1:2 hesabıyla məğlub olub. Rumıniyada keçirilən oyunu canlı izləyənlər arasında milli komandamızın baş məşqçisi Ayxan Abbasov da olub.

Sportal.az Ayxan Abbasovun həmin oyunla bağlı fikirlərini öyrənib:

"Oyunlara canlı baxmaq fərqli təəssüratdı. Milli üzvlərini izləməyə getmişdim. Aleksey İsayevlə Rəhman Daşdəmirovu iş başında görə bildim. "Hapoel" bu avrokubok mövsümündə "Sabah"ın qarşılaşdığı rəqiblər arasında ən səviyyəlisidir. 

Çox çətin oyun oldu. Rəqibin xüsusən ikinci hissədə güclü təzyiqini gördük. Bakıdakı oyunda yaxşı nəticəyə ümid edirəm. "Sabah"ın Çempionlar Liqasının Liqa mərhələsində olması Azərbaycan futbolu üçün xeyirdi".

Xəbər xətti