UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək "Sabah" - "Hapoel" (Beer Şeva) matçının təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, oyunu Rumıniyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Matçın baş hakimi İstvan Kovaç olacaq. Ona yan xətlərdə Mixay Marika və Ferents Tunyodi köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək. VAR-da almaniyalı Bastyan Dankert, AVAR-da isə Katalin Popa əyləşəcək.
Qeyd edək ki, "Sabah" - "Hapoel" qarşılaşması avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək. Komandalar arasında baş tutan ilk oyun İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi
