Almaniya millisinin üzvü Premyer Liqa klubu ilə anlaşdı

14:10 - 23 Avqust 2026

"Bavariya"dan ayrılan Leon Qoretskanın yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Qoretska "Aston Villa" ilə anlaşıb. 31 yaşlı futbolçu yaxın günlərdə Birmingem klubu ilə 2 və ya 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan Leon Qoretska 2025/26 mövsümündə "Bavariya"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 48 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti