Rüfət Dadaşov qol vurdu, komandası qələbə qazandı

12:09 - 4 Aprel 2016

XXVI turun matçı

 

Almaniyanın Şimal-Şərq Regional Liqasında XXVI turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, milimizin sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Germaniya Halberştadt" doğma meydanda "Noyştetlits"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Rüfət bu matça start heyətdə başlayıb və 75-ci dəqiqədə əvəzlənib. O, 65-ci dəqiqədə komandasının üçüncü qolunun müəllifi olub.

 

Qeyd edək ki, Dadaşovun komandası hazırda 19 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti