"Sumqayıt"la səfər qarşılaşmasında zədə alan "Zirə"nin futbolçusu Bilal Həmdinin durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, oyundan öncə isinmə hərəkətlərini yerinə yetirən zaman xəsarət alan futbolçunun qasıq nayihəsində problem meydana çıxıb. Onun zədəsinin son durumu həkim müayinəsindən sonra bilinəcək. Amma ilkin ehtimallara görə, Bilal Həmdi növbəti turun “Qəbələ” ilə matçında da meydanda olmayacaq.
Qeyd edək ki, "Zirə" - "Qəbələ" qarşılaşması martın 3-də keçiriləcək.
saytlarin hazirlanmasi