Samir Abasov: "Ən yaxşılardan biri yox, ən yaxşısı olacağıq"

20:56 - 9 Mart 2019

Azərbaycan Premyer Liqasında XX turun “Qarabağ” – “Zirə” oyunundan (0:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Samir Abasov fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis 1 xal qazanmalarının yaxşı nəticə olduğunu deyib:

 

"Əsas odu ki, uduzmadıq. Demək istəmirəm ki, 1 xal üçün gəlmişdik. Ancaq belə komandalara uduzmamaq böyük motivasiyadı digər oyunlara hazırlaşmaq üçün. Bu gün individual olaraq futbolçularımızın rəqibə qarşı necə mübarizə aparması önəmli idi. Birinci hissədə super idi hər şey. Fasilədən sonra özümüz istəmədən müdafiədən oynamalı olduq. Əks-hücumlarda bir neçə imkanımız oldu. Üzülmürük, yaxşı nəticədi. İnanıram ki, ən yaxşılardan yox, ən yaxşısı olacağıq".

Xəbər xətti